Menu
X

Reflüks xəstəliyi (Qerx)

Reflü nədir, əlamətləri nələrdir?

Tibbi olaraq gastroözofageal reflü tərifinin istifadə edildiyi, xalq arasında isə qısaca reflü olaraq bilinən xəstəlik mədə içindəki turşu, maye və həzm qidaların yemək borusuna geri qaçmasıdır. Cəmiyyətdə yetkinlərdə reflü nisbəti təxminən 20% dir.

Mədə məzmunu, qidaların həzm edilməsi məqsədiylə mədədən ifraz olunan turşu ilə doludur. Bu turşu mədə divarına zərər verməzkən, yemək borusuna doğru qaçdığında bu bölgədə ciddi turşu qıcıqlanmasına səbəb olaraq qarın üst qisimində yanma və ağrıya səbəb olur.

Yemək borusu ilə mədənin birləşdiyi bölgədə normalda mədə məzmununun yuxarı qaçmasını maneə törədən bir qapaq sistemi vardır. Reflü bu qapaq sistemi qeyri-kafi işlədiyindən xəstələrdə gastroözofageal reflü gözlənir.

Direkt İfadə olunar:
Sinədə xüsusilə sinənin alt qisimi ilə qarın üst qisimində ağrı
Ağıza acı, turş dad gəlməsi
qabarıqlıq,
Gəyirmə ilə birlikdə ağıza acı maye ya da qida parçaları gəlməsi
Udma çətinliyi, xüsusilə isti qidalarda sinədə yanma hissi

 

Səbəblər:

Qida borusu və mədəni ayıran qapağı təşkil edən əzələlərin tonusdan düşməsi və ya mədə daxilində təzyiqin artması mədə möhtəviyyatının geriyə – qida borusuna qayıtmasına səbəb olur. Sfinkter (qapaq) əzələlərinin tonusdan düşməsinə aşağıdakı faktorlar təsir edə bilər:

– Hamiləlik
– Saya əzələ relaksantları adlanan dərmanların qəbulu (theophylline, kalsium kanalının blokatorları, Diazepam və s.)
– Nikotin
– Spirtli içkilər
– Kofe
– Şokalad
– Nanə
– Yağlı qidalar

Olabiləcək Əlamətləri
səs batıqlığı
Boğazda qıcıq hissi və quru öskürək
ağız qoxusu
nəfəs darlığı
astma
diş çürüyü

Müalicə:

QERX-in müalicəsində ilkin tatika konservativ müalicədir. Həkimlər ilk növbədə sizə bir çox zərərli vərdişləri tərgitməyi və yaşam üslubunuzda dəyişiklik etməyi tövsiyyə edəcək. Bunlara aşağıdakılar aid ola bilər:

– Köklüyünüz varsa çəkinizin azaldılmasına çalışmalısınız
– Siqaret çəkirsinizsə onu atmalısınız
– Yeməyinizdə aşağıda adı çəkilən qidalardan çəkinməyiniz məsləhət görüləcək: sitrus meyvələri, pomidor, istiotlu qidalar, kafeinləşdirilmiş içkilər (enerji içkiləri adlandırılan içkilər), karbonlaşdırılmış sular, yağlı qidalar, şokalad, nanə, spirtli içkilər, nikotin
– Az az porsiyalarla tez tez ymək məsləhət oluna bilər
– Yatmazdan 2-3 saat öncə yemək və içməkdən imtina etməlisiniz
– Axşamlar yatağınızın başını qaldırmanız məsləhətdir
– Ağır yük daşımaqdan çəkinin

QERX-in konservativ müalicəsində yaşam üslübunda dəyişikliklə yanaşı dərman maddələrinin qəbulu da məsləhət görülür. Bu dərmanlara antiasid, yəni mədənin turşu ifrazını azaldan və ya onu neytrallşdıran dərmanlar aid edilir. Bununla yanaşı, mədədən qidanın evakuasiyasını sürətləndirən dərmanlar da tövsiyyə edilə bilər.

QERX-in uzun zaman kəsiyində aparılan konservativ müalicəsi mümkün olmusa cərrahi əməliyyat məsləhət görülür. Bu gün geniş istifadə olunan əməliyyat növü Nissen üsulu ilə Fundoplikasiya adlanır. Fundoplikasiya əməliyyatı açıq və laparoskopik yolla həyata keçirilə bilər. Son zamanlar laparoskopik fundoplikasiya QERX xəstələri üçün standart əməliyyat hesab edilir.

Fundoplikasiya zamanı qida borusunun distal hissəsi, yəni mədəyə keçən hissəsi tam sərbəstləşdirilir və mədənin dibi qida borusunun arxasından soldan sağa keçirilək qida borusunun önundə manjet formalaşdırılır (Şəkil). Bu manjet qida borusu və mədə arasında olan qapaq mexanizmini bərpa etmiş olur və xəstənin şikayətlərini aradan qaldırır.

Etiket Bulunmuyor

    Turkish Medical Centers © 2012 - 2020 Turkiye Xestexanalari.

    Yazmaq üçün vurun
    1
    Merhaba
    Size nasıl yardımcı olabiliriz ?